AZ

“Milyonların şousu”nda 16 minlik sual müzakirəyə səbəb oldu

İctimai tv-də yayımlanan “Milyonların şousu” intellektualı yarışında maraqlı anlar yaşanıb.

Busaat.az xəbər verir ki, Nicat Nəcəfli adlı şəxs 13-cü suala qədər irəliləyib.

Belə ki, o, “Hansı ildə Azərbaycanda rekord sayda nikaha daxilolma qeydə alınıb?” sualına cavablandırıb. Bununla da dəyəri 16 min manat olan 13-cü suala düzgün cavab verib.

Lakin sosial şəbəkələrdə sual tənqid edilib, bəzilərin sualın çox rahat olduğunu, bəziləri isə mənasız olduğunu qeyd edib.

Qeyd edək ki, N.Nəcəflinin yekun məbləği qazanıb-qazanmadığı bəlli deyil. Oyun martın 22-də davam edəcək.

Seçilən
4
6
busaat.az

7Mənbələr