AZ

Bakıda obyektdə güclü yanğın olub - VİDEO 

Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın olub.



Referans xəbər verir ki, bu barədə FHN məlumat yayıb.



Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.



Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.


Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.


Seçilən
10
33
referans.az

10Mənbələr