AZ

Vüsalın komandası uduzdu

Vüsal İsgəndərlinin formasını geydiyi "Boluspor" Türkiyənin 1-ci liqasında səfərdə "Ümraniyespor"la qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, 30-cu turun görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 59-cu dəqiqədə Yurgen Bardi vurub.

Vüsal oyuna ehtiyatda başlayıb və 88-ci dəqiqədə Enes Aliçin əvəzinə meydana çıxıb. O, 90+6-cı dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.

“Boluspor” 44 xalla 6-cı sıradadı.

Seçilən
5
2
football-plus.az

3Mənbələr