İranın “Sepahan” klubu hücum xəttini gücləndirmək üçün tanınmış fransalı hücumçu Vissam Ben Yedder ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçu hal-hazırda kıubsuzdur. Onun son klubu "Monako" olub.

Qeyd edək ki, Ben Yedder karyerası ərzində “Tuluza”, “Sevilya” və “Monako” kimi klublarda çıxış edib. O, Fransa millisində də oynayıb.