AZ

NATO üçün fəlakətli ssenarilər: 5 əsas təhlükə

NATO-nun tədqiqat qrupu gələcəkdə hərbi alyans üçün potensial fəlakətli ssenariləri araşdırır. Bu ssenarilər arasında Rusiyanın hücumu ehtimalı da nəzərdən keçirilir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Business İnsayder" nəşri yazıb.

"Biz nəyinsə dəyişdiyini, gözlənildiyindən və ya güman ediləndən fərqli istiqamətdə hərəkət etdiyini araşdırırıq", - deyə NATO Müdafiə Kollecinin tədqiqat bölməsinin direktoru Florens Qaub bildirib.

Hazırda araşdırılan ssenarilər bunlardır:

- Kosmosda nüvə başlığının partlaması ehtimalı;

- DNT-ni analiz edən bioloji silahlarla bağlı spekulyasiyaların yaratdığı panika;

- Nil çayı uğrunda Misir və Efiopiya arasında müharibə riski;

- Rusiyanın Ukraynada yerləşdirilmiş sülhməramlı qüvvələrə qarşı akustik silahdan istifadəsi;

- NATO-nun Qara dənizlə sərhəddə yerləşən üzv ölkələrdən birinə raket zərbəsi endirməsi sınağı.

Milli.Az

Seçilən
0
3
milli.az

4Mənbələr