Ötən gün Serbiyanın paytaxtı Belqradda yüz mindən çox insanın iştirakı ilə keçirilən aksiyada 22 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bunun 2000-ci ildə keçirilən etirazlardan sonra ölkə tarixində ən genişmiqyaslı aksiya olduğu bildirilib.
Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə “15 nəfər üçün ayın 15-i” şüarı ilə aksiya keçirilib.