AZ

ABŞ husilərə 10 saat boyunca zərbələr endirdi


ABŞ təqribən on saat Yəməndə Husi üsyançılarının hədəflərinə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu şənbə günü təxminən saat 19:00-dan (Bakı vaxtı ilə 20:00) bazar günü saat 05:00-a (Bakı vaxtı ilə 06:00) qədər husilərin nəzarətində olan əraziləri atəşə tutub.

Zərbələr paytaxt Səna, eləcə də Əl-Beyda, Əl-Hüdeyda, Saada, Haca və Mərib əyalətlərinə endirilib.

Seçilən
9
2
news24.az

3Mənbələr