AZ

Fransa millisinin sabiq üzvü İran klubunda

style='margin-bottom:10px;'>

Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder karyerasını İranda davam etdirəcək.

QOL.az xəbər verir ki, 34 yaşlı hücumçu “Sepahan” ilə razılaşıb. Bu barədə “RMC Sport” nəşri məlumat yayıb. Ben Yedder ilə müqavilə mövsümün sonuna kimi olacaq.

2024-cü ilin yayından klubsuz olan Ben Yedder son olaraq “Monako”da çıxış edib.  

Qeyd edək ki, “Sepahan” İran çempionatında 23 turdan sonra 46 xalla 2-ci sıradadır. Cənubi Azərbaycan təmsilçisi “Traktor” isə iki oyun az keçirib və 45 xalla 3-cüdür.

Seçilən
4
teleqraf.com

1Mənbələr