Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana yola düşüb.
B barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. Həmçinin Rusiya Federasiya Şurası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası komissiyanın iclası keçiriləcək.