Kreml son günlərdə Ukrayna Silahlı Qüvvələrini nüfuzdan salmaq, Qərbin Ukraynaya dəstəyini zəiflətmək və ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə təklif etdiyi 30 günlük atəşkəs danışıqlarını pozmaq və ya uzatmaq cəhd etmək məqsədilə Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində hərbi cinayətlər törətməkdə suçlayacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.
Ekspertlər qeyd edib ki, Putin, habelə Rusiya dövlət mediası və təbliğatçıları 2025-ci ilin fevral ayının sonundan etibarən Ukrayna hərbçilərini Kursk vilayətində dinc sakinlərin edam edilməsi və “terrorçuluq” da daxil olmaqla hərbi cinayətlər törətməkdə daha sürəkli ittiham etməyə başlayıblar.
ISW-nin icmalında Putinin bu narrativdən Ukraynada atəşkəsdən imtina etmək və döyüş meydanında Ukrayna hərbçiləri ilə qəddar rəftarı əsaslandırmaq üçün istifadə etmək niyyətində olduğu ehtimal edilir. Təhlilçilər 2024-cü ildə və 2025-ci ilin əvvəlində döyüş meydanında Ukrayna hərbi əsirlərinin edam edilməsi hallarının artdığını, ehtimal ki, Rusiya hərbi komandanlığının əmri ilə baş verdiyini xatırladırlar. Həmçinin martın 13-də Suca şəhəri yaxınlığında Rusiya qoşunları tərəfindən Ukrayna hərbi əsirlərinin edam edilməsi barədə məlumatlar var.