AZ

Gəncədə qaz sızması partlayışa səbəb oldu - YENİLƏNİB

Gəncədə baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumatda bildirilir ki, 15.03.2025-ci il tarixdə saat 23:00 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. 

Zəruri tibbi yardım göstərilən göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.


***14:36
Gəncədə hamamda su qızdırıcısı partlayıb. 

Avtosfer.az xəbər verir ki, hadisə Gəncə Cihazqayırma Zavodunda qeydə alınıb. Belə ki, 1968-ci il Ə.Xudiyev zavodun vanna otağında su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan 58 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, hadisə qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
avtosfer.az

1Mənbələr