AZ

Pezeşkian Bakı-İrəvan arasında sülhdən DANIŞDI

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Paşinyan Pezeşkiana Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatdığı barədə məlumat verib.

Modern.az-ın məlumatına görə, İran tərəfi də telefon danışığı barədə məlumat yayıb.

Pezeşkian qeyd edib ki, İran hər zaman ölkələrin ərazi bütövlüyünü dəstəkləyərək regionda sülh və sabitliyin bərqərar olmasını alqışlayıb

“İran İslam Respublikasının prezidenti Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmadan məmnunluğunu ifadə edib və bu mühüm hadisə münasibətilə hər iki ölkəni təbrik edərək vurğulayıb ki, İran regionda, xüsusilə qonşular arasında ölkələrin ərazi bütövlüyünü dəstəkləyərək sülhün, inteqrasiyanın və sabitliyin bərqərar olmasını həmişə alqışlayıb”, - açıqlamada qeyd olunur.

Seçilən
19
50
modern.az

10Mənbələr