Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Viral.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Son Yazılar:
- Gədəbəyin Qızıl qala meşəliyində yanğın OLDU
- Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu
- Xalq artisti Ənvər Həsənov vəfat ETDİ
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.