AZ

Gədəbəydə mürəkkəb relyefli dağlıq ərazidə olan yanğın söndürülüb

Gədəbəydə mürəkkəb relyefli dağlıq ərazidə olan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən News365.az-a bildirilib ki, Gədəbəy rayonu, Zəhmət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində dağlıq ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

Seçilən
20
32
news365.az

10Mənbələr