Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəGədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyeflidağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaztədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədənyaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinəimkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl,kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri,kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizəolunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və TəbiiSərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanıiştirak edib.