Efiopiyanın cənubunda ağır yol qəzası olub, azı 15 nəfər ölüb, 27-i yaralanıb. Manset.az xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən "Fana" məlumat yayıb. Məlumata görə, qəza sərnişin avtobusunun əyləc nasazlığı səbəbindən idarəetməni itirərək çaya düşməsi nəticəsində baş verib. Yaralılardan 21-nin vəziyyəti ağırdır.