AZ

Mehriban Əliyeva Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirib.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Seçilən
62
49
turkustan.az

10Mənbələr