Ötən gün Serbiyanın paytaxtı Belqradda yüz mindən çox insanın iştirakı ilə keçirilən aksiyada 22 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç etirazlara hörmətlə yanaşdığını, aksiya zamanı verilən mesajın başa düşülməsinin vacibliyini qeyd edib.
İnsanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə “15 nəfər üçün ayın 15-i” şüarı ilə aksiya keçiriblər.
Bunun 2000-ci ildə keçirilən etirazlardan sonra ölkə tarixində ən genişmiqyaslı aksiya olduğu bildirilib.