Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları ABŞ Yəmənərazisinə zərbələr endirməyə davam edərsə, Qırmızı dənizdəkiAmerika hərbi gəmilərinə və ticarət gəmilərinə hücum edəcəklər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın lideri Əbdülməlikəl-Husi bildirib.
"Qırmızı dənizdə gəmiçiliyin qadağan edilməsi qərarı Amerikatəcavüzünü davam etdirdiyi müddətcə ona şamil ediləcək. Bizeskalasiyata eskalasiya ilə cavab verəcəyik və Amerika düşmənininaviadaşıyıcılarına, hərbi gəmilərinə və ticarət gəmilərinə zərbələrendirəcəyik. Amerikanın ölkəmizə təcavüzü davam edərsə, biz əlavəeskalasiya variantlarına keçəcəyik", - deyə o bildirib.