Türkiyə I liqasında XXX turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” azlıqda qalmasına baxmayaraq, “Keçiörengücü”nü məğlub edib.
Matça start heyətində başlayan Diniyev ilk hissəni meydanda olub. O, 46-cı dəqiqədə Atakan Cangözlə əvəzlənib.
Aktivində 45 xalı olan “Çorum” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Türkiyə I Liqası
XXX Tur
16 mart
Çorum – Keçiörengücü 3:2
Qollar: A.Akkaynak, 6, F.Yazqan, 62, B.Süleyman, 90+6 – P.Dembele, 4, 20