AZ

Saakaşvilinin növbəti hökmünün verilmə tarixi açıqlanıb

Bazar ertəsi, martın 17-də Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini sərhədi qanunsuz keçmə işi üzrə hökm çıxaracaq, siyasətçini 3 ildən 5 ilə qədər həbs gözləyir...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşrinə hakim Mixail Cincholiya məlumat verib.

Onun sözlərinə görə, əməliyyat hissəsi saat 11:00-da elan olunacaq.

Qeyd edək ki, martın 12-də Tbilisi məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş ölkə başçısına qarşı 2014-cü ildə ittiham irəli sürülüb. Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili büdcə pullarını aşpazın xidmətlərinə, yaxta və avtomobillərin icarəsinə, gödəkçələr, paltolar, saatlar və sinəsi ilə çəkilmiş rəsm, eləcə də botoks və epilyasiya prosedurlarına xərcləyib. Eks-prezidentin özü isə istehza ilə hökmü sürpriz adlandırıb.

Poliqon.info

Seçilən
4
1
poliqon.info

10Mənbələr