AZ

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1210 hərbçisini itirib.

Missiya.Az “Ukronform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 895 min 450 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 19 tank, 37 artilleriya sistemi və 11 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
19
missiya.az

10Mənbələr