AZ

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxsə hökm oxunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Çingiz Mehdiyev 8 il azadlıqdan məhrum edilib. İş üzrə dəymiş ziyan tam ödəndiyindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Həmçinin hökmə əsasən, onun üzərinə həbs qoyulmuş əmlakları da həbsdən azad edilib.

Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirib.

Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif edib.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

"Report"

Seçilən
1
19
ikisahil.az

10Mənbələr