AZ

Zərdabda “Mercedes” aşdı, sürücü HƏLAK OLDU - VİDEO

Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib. 

Bizim.Media xəbər verir ki, “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib:  
 

“Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.  


Araşdırmalar aparılır”. (“Qafqazinfo”) 


Bizim.Media

Seçilən
2
7
bizim.media

8Mənbələr