Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Beləliklə, Mixail Saakaşvili 12,6 il həbsdə qalacaq.
Gürcüstan qanunlarına görə cəza müddəti 2021-ci il oktyabrın 1-dən başlayır.
Belə ki, Gürcüstanın keçmiş prezidenti əfv olunmasa və ya şərti azadlığa buraxılmasa, 2030-cu ilin oktyabrında azadlığa buraxılacaq.
Əfv haqqında qərarı Gürcüstan Prezidenti, şərti azadlığa çıxma barədə qərarı isə cinayətin ağırlığı, riskin qiymətləndirilməsi və məhkumun davranışını rəhbər tutan komissiya qəbul edir.