Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələrin adları məlum olub.
Trend-inDövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, hesabatdövründə İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr siyahısında birinci pillədə qərarlaşıb.
Belə ki, dövr ərzində Azərbaycanla İtaliya arasında ticarətdövriyyəsinin həcmi 2,3 milyard ABŞ dollarına bərabər olub ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 450,1 milyon ABŞ dolları vəya 24,6% çoxdur. İtaliya ilə aparılan ticarət əməliyyatlarıAzərbaycanın ümumi ticarət dövriyyəsinin 25,59%-ni təşkil edib.
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsiyahısında ikinci pillədə isə Türkiyə qərarlaşıb. Bu ilin fevralın1-nə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 25milyon ABŞ dolları və ya 2,5% artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.