AZ

NYT: ABŞ Ukraynanın işğalını araşdıran beynəlxalq qrupdan çıxacaq

ABŞ Ədliyyə Nazirliyi avropalı rəsmilərə məlumat verib ki, Vaşinqton Ukraynanın işğalına görə məsuliyyət daşıyan ölkələrin liderlərinin hərəkətlərini araşdırmaq üçün yaradılmış beynəlxalq qrupdan çıxır...

Poliqon xəbər verir ki, bu barədə The New York Times” (NYT) mənbələrə istinadən yazıb.

Qərarın bu gün, martın 17-də çətir təşkilatı olan Avropa Ədliyyə Əməkdaşlığı Agentliyinin (Eurojust) üzvlərinə elektron poçtla rəsmi şəkildə elan ediləcəyi gözlənilir. ABŞ Avropadan kənarda qrupla əməkdaşlıq edən yeganə ölkədir..

2022-ci ilin martında Ukraynada törədilən beynəlxalq cinayətləri araşdırmaq üçün Eurojust Birgə İstintaq Qrupu yaradılıb. Həmin ilin oktyabrında Avropa Şurası Parlament Assambleyası Rusiyadakı siyasi rejimi terrorçu elan edən, həmçinin beynəlxalq tribunalın yaradılmasının zəruriliyi ilə bağlı qətnamə qəbul etdi. Bu qərarı BMT Parlament Assambleyası dəstəkləyib. Kreml tribunalın yaradılmasını qeyri-legitim adlandırıb.

2023-cü ilin fevralında Avropa Komissiyasının sədri Ursula fon der Leyen sübut toplamaq üçün “Ukraynada təcavüz cinayətinə görə beynəlxalq ittiham mərkəzinin” yaradıldığını elan edib. İyul ayında Haaqada Eurojust tərəfindən yaradılmış Ukraynaya qarşı Cinayətlərin Araşdırılması üzrə Beynəlxalq Mərkəzin rəsmi açılışı olub.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr