Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib.
Hafta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı 2-si azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.