AZ

İran -Türkiyə rəqabətinin pərdəarxası: Ankara, Bağdad, Doha və Bakı ilə işləmək üçün hərəkətə keçib

“Eghtesad News” yazır ki, müşahidəçilərin iddiasına görə, Suriyada baş verən son proseslər Tehran-Ankara münasibətlərinə təsir göstərib.

Qeyd olunur ki, Cənubi Qafqazdan Fars körfəzinə qədər istər geosiyasi, istərsə də enerji sahələrində iki regional aktor arasında qarşıdurmanın şahidi oluruq.

Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qətərin televiziya kanalına müsahibəsində İranın “müqavimət oxunu” dəstəkləməsinə toxunması Tehranda sərt reaksiyalarla qarşılanıb.

Sitat: “İran Ankaranın Azərbaycanı Sünik əyalətinə “hücum etməyə” və Zəngəzur dəhlizini açmağa təşviq edəcəyindən narahatdır. Bu isə İranın Ermənistanla quru əlaqəsinin birbaşa kəsilməsi deməkdir. İran 30 ildir ki, Naxçıvanla əlaqə yaratmaq üçün Azərbaycana öz ərazisindən istifadə etməyə icazə verib, ancaq Türkiyənin nəzarəti altında olan dəhlizin açılmasının əleyhinədir... İran və Türkiyə arasında geosiyasi rəqabət enerji sektorunu da əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin açılışını ediblər. Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasına nail olsalar, Naxçıvanın İran tranzitindən 30 illik asılılığına son qoyulacaq...”

visiontv.az



Seçilən
56
visiontv.az

1Mənbələr