Suriyanın Hələb Beynəlxalq Hava Limanı yenidən açılmağa hazırdır. Martın 18-də öz işini davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Administrasiyasının məlumatlarına istinadən SANA xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, hava limanı bir sıra texniki və inzibati dəyişikliklərdən sonra yenidən açılır.
Xatırladaq ki, ötən il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk uçuş yanvarın 7-də həyata keçirilib. Suriyaya ilk kommersiya reysi Dohadan Dəməşq hava limanına çatıb.