İsrail ordusu atəşkəsə rəğmən, Qəzza zolağının bəzi nöqtələrinə zərbələri davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda İsrailin yeni hücumları nəticəsində 29 nəfər həyatını itirib: "Onlardan 15-i dağıntılar altından çıxarılıb. 51 nəfər isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ