ABŞ prezidenti Donald Tramp sabiq prezident Co Baydenin adına imzalanan əfv qərarlarının bir çoxundan xəbərinin olmadığını iddia edib.
reportyor.tv xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında bildirib.
Tramp Baydenin bir çox insan, o cümlədən 6 yanvar Kapitola hücumunu araşdıran Seçmə Komitəsinin üzvləri üçün əfv fərmanı verdiyini xatırladıb. O, bu qərarların etibarsız olduğunu bildirib:
"Çünki bunlar Autopen (avtomatik imza cihazı) ilə edilib. Başqa sözlə, Co Bayden bunları imzalamayıb. Daha da önəmlisi, onun bunlardan xəbəri belə yox idi".
Tramp sözügedən əfv qərarlarının Baydenə açıqlanmadığını və ya onun tərəfindən təsdiqlənmədiyini vurğulayıb:
“Odur ki, iki il ərzində mənə və bir çox günahsız insanlara qarşı aparılan cadugər ovu zamanı əldə edilən bütün sübutları məhv edən və silən “Seçilməmiş Komitə” üzvləri çox yaxşı başa düşməlidirlər ki, onlar ən yüksək səviyyədə istintaqa cəlb oluna bilərlər. Onlar ölkəmizin tarixindəki ən pis prezidentin xəbəri və ya razılığı olmadan bu sənədləri imzalamaqda məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden hakimiyyəti Trampa təhvil verməzdən bir neçə saat əvvəl, Kapitola hücumunu araşdıran Seçmə Komitəsinin üzvləri üçün əfv sərəncamı verib. Baydenin əfv səlahiyyətindən hətta araşdırılmamış şəxslər üçün də istifadə etməsi isə diqqət çəkib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta