AZ

Bu təhlükəli vərdiş telefonun bateriyasını tez öldürür: Smartfonu hara qoymaq olmaz?

Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etməyin!

 

Smartfonu işləyən noutbukun yanına qoymaq düzgün deyil. Bu iki cihaz arasında ən azı 1 metr məsafə olmalıdır.

 

Niyə smartfonu noutbukun yanına qoymaq olmaz?

 

Smartfon həm siqnal qəbul edən, həm də ötürən bir cihazdır. Noutbuk isə daxili Wi-Fi adapteri və Bluetooth modulu olan bir cihazdır. Əgər mobil telefon işləyən noutbukun yanına qoyularsa, o zaman elektrik siqnallarında dalğalanma (interferensiya) baş verə bilər.

 

Bunun nəticələri

 

Telefonun batareyasının tez boşalması - siqnalların qarşılıqlı təsiri smartfonun enerji sərfiyyatını artırır.

 

Telefonun batareyasının erkən sıradan çıxması - davamlı yüksək enerji sərfiyyatı batareyanın ömrünü azaldır.

 

Siqnal kəsilmələri və əlaqə problemləri - interferensiya səbəbindən Wi-Fi və Bluetooth bağlantılarında problemlər yarana bilər.

 

Smartfonu hara qoymaq lazımdır?

 

Smartfonu noutbukdan ən azı 1 metr uzaqda saxlayın.

 

Ən yaxşısı - onu 2-3 metr məsafədə saxlamaqdır.

 

Bu qayda masaüstü (stasionar) kompüterlərə də aiddir.

 

Nəticə: Telefonun batareyasının ömrünü uzatmaq və siqnal problemlərindən qaçmaq üçün onu noutbuk və kompüterlərin yanına qoymamaq tövsiyə edilir./lent.az

Seçilən
3
7
hit.az

8Mənbələr