AZ

“Səbail”in baş məşqçisi: “Futbolçularımızla çox şeyi bacaracağımıza inanıram”

“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi vəzifəsi həvalə olunmuş Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yeni baş məşqçi nəticə əldə etməyə inamının böyük olduğunu vurğulayıb: “Bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik”.

Elvin Məmmədov əlavə edib ki, qarşıdakı 9 oyunun hamısı onlar üçün finala bərabər olacaq: “Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

İdman.biz

Seçilən
3
2
idman.biz

4Mənbələr