“Nyukasl”ın baş məşqçisi Eddi Hau İngiltərə Liqa Kubokunun finalında “Liverpul” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Arena.az BBC-yə istinadən, ingilis mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Mən bütün gün ərzində heç də özümə bənzəməyəcək qədər həyəcanlı idim. Biz ortya nəyin qoyulduğundan xəbərdar idik. Biz qəniməti qazanmaq və azarkeşlərimizə qürür üçün əsas vermək istəyirdik. Mən oyun və nəticədən çox razıyam. Biz qələbəyə layiq idik. “Liverpul”un qolundan sonra (2:1) bizə ağır gəldi. Mən artıq əlavə vaxt haqqında da düşünməyə başladım”, deyə Eddi Hau bildirib.
Əlavə edək ki, “sağsağan”lar son 70 ildə ilk qənimətlərini qazanıblar. Belə ki, “Nyukasl” sonuncu böyük zəfəri 1954/1955-ci illər mövsümündə İngiltərə Kubokunu qazanmasına təsadüf edir. “Sağsağanlar” 2006-cı ildə İntertoto Kubokunu və 2016/2017-ci illər mövsümündə İngiltərə Çempionşipini də qazanıblar, amma bu yarışlar aşağı dərəcəli, keçici əhəmiyyətlidir.