BAKI, TurkicWorld
Anka III döyüş sursatı atış sınağını uğurla tamamladı
TurkicWorld xəbər verir ki, Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla hazırlanan ANKA-III pilotsuz döyüş təyyarəsi ASELSAN LGK-82 sursatının atış sınağından uğurla keçib.
Bu barədə TAI sosial media hesabında paylaşım edərək, sınağın müvəffəqiyyətlə başa çatdığını bildirib.
"ANKA-III yeni imkanlar qazanmağa davam edir! Bu dəfə ANKA-III ASELSAN-ın LGK-82 sursatını ataraq hədəfi uğurla vurdu. Müdafiə sənayemizə güc qatmaq və səmada hökmranlığımızı gücləndirmək əzmindəyik." -deyə paylaşımda bildirilib.
Qeyd edək ki, ANKA-III Türkiyənin ilk reaktiv pilotsuz döyüş təyyarəsi kimi inkişaf etdirilir və müxtəlif döyüş tapşırıqlarını icra etmək qabiliyyətinə malikdir. Yeni sınağın uğurla tamamlanması Türkiyənin PUA texnologiyasında daha bir strateji mərhələni keçdiyini göstərir.
#ANKA III yeni kabiliyetler kazanmaya devam ediyor!
— Türk Havacılık Uzay Sanayii (@TUSAS_TR) March 17, 2025
ANKA III bu kez @aselsan’ın #LGK-82 mühimmatını ateşleyerek hedefi başarıyla vurdu.
Savunma sanayiimizin gücüne güç katmakta ve gökyüzündeki hakimiyetimizi perçinlemekte kararlıyız. @SavunmaSanayii pic.twitter.com/d37yYbBuu9