1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət İmtahan Mərkəzində Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatına həsr olunan tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, imtahan kompüter əsaslıdır.
Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir.
Sınaq prosesinin məqsədi imtahanın effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir.
İstifadəçilər verilən link vasitəsilə platformada qeydiyyatdan keçə və ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər.
Namizədlərin imtahan nəticələri emal olunduqdan sonra qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına göndərilir.
Aygün Mirakif