AZ

Tramp Baydenə sataşdı: Hazırladığı mem nəyi ifadə edir?

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Birləşmiş Ştatların keçmiş lideri Co Baydeni ələ salan mem yerləşdirib.

Publika.az xəbər verir ki, mem üç fotoşəkildən ibarət bir divarı təsvir edir. Birincisi Trampın ilk prezidentliyi dövründəki rəsmi portreti, üçüncüsü siyasətçinin indiki dönəmindəki portreti, onların arasında isə Baydenin imzasını kağıza əks etdirən makinanın fotoşəkili var.

Görüntü indiki administrasiyanın keçmiş Ağ Ev rəhbərinin imzası olan bir çox sənədin əslində imza maşını ilə təsdiqləndiyi iddiasına əsaslanır.

Adəm

Seçilən
5
publika.az

1Mənbələr