AZ

Naxçıvanda “İlandağ” Geoloji Parkının yaradılması üzərində iş aparılır

Bakı. Trend:

Muxtar respublika ərazisində yaradılması nəzərdə tutulan“İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb.Parkın sərhədləri daxilində yerləşən obyektlərin pasportuyenilənərək aidiyyəti qurumlara rəy bildirilməsi üçün təqdimedilib. Hazırda UNESCO-nun tələblərinə uyğun sənədləşmə işlərininaparılması üçün donor təşkilatların tapılması istiqamətində işlərgörülür.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan MuxtarRespublikasının ekologiya və təbii sərvətlər naziri XanlarMustafayev bildirib.

O qeyd edib ki, eyni zamanda, Əlincədağ təbiət abidəsi ilə bağlımühüm addımlar atılıb. Aparılan müvafiq işlər nəticəsindəAzərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Əlincədağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib.

Bundan əlavə, aidiyyəti qurumlarla birlikdə ərazidə baxışkeçirilib, ölçü işləri aparılıb, yerquruluşu planı və pasportuhazırlanıb. Təbiət abidəsinin yerləşdiyi ərazinin torpaqmülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqaviləbağlanıb və giriş hissəyə məlumat lövhəsi quraşdırılıb.

Məqalədə:
Seçilən
6
3
az.trend.az

4Mənbələr