AZ

"Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm" - Elvin Məmmədov

“Səbail”in yeni baş məşqçisi Elvin Məmmədov təyinatı ilə əlaqədar fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, klubun saytına açıqlamasında komandanı çətin vəziyyətdən çıxarmaq üçün əlindən gələni edəcəyinideyib:

“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdü, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budu ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.

Qeyd edək ki, Elvin Məmmədov ötən gün istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib. Hazırda "Səbail" Misli premyer-liqasının turnir cədvəlində 18 xalla sonuncu - 10-cudu.
Seçilən
4
3
football-plus.az

9Mənbələr