AZ

DEM heyəti ilə AK Parti arasında görüş

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) da ziyarət edib.

“Cebheinfo.az” xəbər verir ki, görüş AK Parti qərargahında keçirilib.

Görüşdə DEM Partiyasından həmsədrlər Tuncer Bakırhan, Tülay Hatimoğlulları, deputat Sırrı Süreyya Önder və Qrup sədr müavini Gülistan Koçyiğit iştirak edib. 

AK Partiya heyətində isə partiyanın sözçüsü Ömer Çelik, Qrup sədri Abdullah Gülər, Qrup sədr müavinləri Efkan Ala və Özlem Zengin yer alıb. 

Qeyd edək ki, DEM Partiyasının heyətinin Ramazan bayramından sonra da Prezident Rəcəb Tayyib Ərdoğan ilə də görüşü gözlənilir.

Seçilən
14
cebheinfo.az

1Mənbələr