AZ

Sayalı Sadıqova: "İngilis dili imtahanlarına görə doktorantura yerləri boş qalıb"

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova Doktoranturaya qəbulda ingilis dilindən imtahan verilməsinə irad bildirib.
Paralel.az xəbər verir ki, bu barədə S.Sadıqova Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platformanın təqdimat mərasimində danışıb.

4 ildir Dilçilik İnstitutunda doktorantura yerlərinin boş qaldığını deyən şöbə müdiri tələb olunan ingilis dili səviyyəsinin çətin olduğunu,  söyləyib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə cavab olaraq doktorantlardan sadəcə B2 səviyyəsində ingilis dili  tələb olunduğunu deyib.

Dilçi alimlərin ingilis dili bilməsinə ehtiyac olmadığını deyən S.Sadıqova bunun əvəzinə tərcümə proqramlarının təkmilləşdirilməsi gərəkdiyini söyləyib.
Billurə Yunus

Seçilən
22
2
paralel.az

3Mənbələr