AZ

Naxçıvanda bu polimetal yataqlarının rəqəmsal xəritəsi hazırlanıb

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında filiz faydalı qazıntıyataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsiməqsədilə 4 quyu qazılıb, yataqlaşdırılmamış ərazidə auksionlarvasitəsilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadəüzrə dövlət fonduna 655.210 manat vəsait daxil edilib.

Trend xəbərverir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ekologiya və TəbiiSərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcəkperspektivlər barədə mətbuat konfransında deyib.

O vurğulayıb ki, filiz faydalı qazıntı yataqlarınınaxtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinəmüvafiq olaraq Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrənəzərdə tutulmuş buruq qazma işləri tam həcmdə (900 p/metr ümumidərinlikdə 4 quyu) yerinə yetirilmiş, ümumilikdə 194 ədəd kernnümunəsi götürülmüş, 2000 m3 həcmdə 24 ədəd xəndək, 150 p/metrhəcmdə 38 ədəd şurf qazılıb.

"Xəndək və şurflardan 110 ədəd şırım sınağı götürülüb. Layihəüzrə çöl-geoloji kəşfiyyat işləri yekunlaşdırılıb.

“Parağaçay”, “Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü”polimetal yataqları haqqında informasiyalar toplanmış, yataqlarhaqqında icmal məlumatlar və cizgilər MTA-ya (Türkiyə RespublikasıMaden Tetkik ve Arama Genel Müdürlüğü) göndərilib. “Parağaçay”,“Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü” polimetalyataqlarının rəqəmsal xəritəsi hazırlanıb", - deyə nazir qeydedib.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr