AZ

Avtomobil körpüdən AŞDI - xəsarət alanlar var - FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Uzuntəpə-Günəşli yolunda Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək körpüdən aşıb və dərəyə yuvarlanıb.

Qəza zamanı nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Seçilən
18
8
milli.az

10Mənbələr