AZ

"Barselona" gənc ulduzunu itirdi

"Barselona"nın 21 yaşlı dayaq yarımmüdafiəçisi Mark Kasado mövsümün sonuna qədər sıradan çıxa bilər.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, o, İspaniya çempionatının XXVIII turunda dünən "Atletiko Madrid”ə qarşı keçirdikləri oyunda (4:2) zədələnib.

İkinci hissənin ortalarında rəqibin hücumçusu Antuan Qrizmannla toqquşan və əvəzlənən Markın xaçvari diz bağlarından ciddi xəsarət aldığı bildirilib.

Bu, təsdiqlənəcəyi halda, orta xətt oyunçusu mövsümün qalan hissəsini buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Kasado cari mövsüm La Liqada 23 matça çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
fanat.az

1Mənbələr