Ağ Evin mətbuat katibi Kerolayn Livitt Fransaya qarşı çox dərt danışıb...
"ABŞ-nin köməyi olmasaydı, fransızlar indi almanca danışırdı".
APA AFP-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Livitt Avropa Parlamentinin fransalı deputatının Azadlıq heykəlinin qaytarılması ilə bağlı çağırışını rədd edərək, bildirib ki, ikinci Dünya müharibəsində ABŞ-nin köməyin olmasaydı, Fransada hazırda alman dilində danışırdılar.
“Mənim, aşağı səviyyəli fransalı siyasətçiyə məsləhətim budur - xatırlasınlar ki, yalnız Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi alman dilində danışmırlar. Buna görə də bizim böyük ölkəmizə çox minnətdar olmalıdırlar.”, deyə Ağ Evin mətbuat katibi bildirib.
Poliqon.info