AZ

Ağ Ev Azadlıq heykəlinin Fransaya qaytarılması tələbinə cavab verib - VİDEO

Jurnalistlərlə keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karolin Levitt fransalı deputatın Azadlıq heykəlinin geri qaytarılması tələblərinə münasibət bildirib və ABŞ-nin Fransa qarşısında xidmətlərini xatırladıb.

Qaziler.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirib.

"Adı açıqlanmayan aşağı səviyyəli bir fransız siyasətçisinə tövsiyəm və xatırlatmam bu olardı ki, fransızların bu gün almanca danışa bilməməsi yalnız ABŞ-yə görədir", - Levitt deyib.

Levitt əlavə edib ki, Birləşmiş Ştatlar abidəni qətiyyən geri qaytarmaq niyyətində deyil.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr