Astara Olimpiya İdman kompleksinin nəzdində cüdo zalı fəaliyyətə başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti yayıb.
Açılış mərasiminə ACF-nin prezidentinin müşaviri Natiq Bağırov, dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, ACF-nin regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov, Ruslan Yunusov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi şəxslər qatılıblar.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatami və digər zəruri avadanlıqlar ilə təchiz edilib.