Əfsanəvi şahmatçı, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıda seans keçəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
55 yaşlı qrossmeysterin aprelin 27-də eyni anda ölkənin istedadlı şahmatçıları ilə seansı gözlənilir.
Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.