AZ

Sərnişin təyyarəsi dənizə düşdü: Ölənlər var

Hondurasın qərbində yerləşən Roatan adasından havaya qalxan təyyarə dənizə düşüb. 

Musavat.com "La Prensa" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb.

Məlumatda bildirilir ki, təyyarədə azı 15 sərnişin olub.

Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir.

Honduras Milli Polisi qəzaya 33 sərnişin tutumuna malik "Jetstream 41" təyyarəsində baş verən mexaniki nasazlığın səbəb olduğunu açıqlayıb.

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. Hadisə yerinə cəlb olunan təcili yardım xidməti xəstəxanaya aparılan 10 nəfəri xilas edə bilib.

Seçilən
1
1
ekologiya.az

2Mənbələr